Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Türkiyə səhiyyə nazirinin səfəri çərçivəsində “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə iştirak, Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.*
X.Nəsirzadə