Prezident İlham Əliyev sentyabrın 22-də “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılır.*
R.Kərimov