Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
ASA-dan verilən məlumata görə, sənədi ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.
Memoranduma əsasən, iki qurum ölkədə sığorta və mediasiya xidmətlərinin geniş yayılması məqsədi ilə növbəti mərhələdə birgə layihələr icra edəcək.
Memorandumun imzalanmasından əvvəl keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər sığorta sektorunda yarana biləcək mübahisələrin mediasiya vasitəsilə alternativ həlli imkanlarını yüksək dəyərləndiriblər.*
X.Nəsirzadə