Azərbaycanda koronavirus infeksiyasına 201 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 820 min 299-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 251 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 900 nəfərə çatıb.
Virusa yoluxmuş 808 min 981 nəfər (sutka ərzində +256) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 418 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 84 (ötən gün 4 min 123 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 225 min 530 test aparılıb.*
R.Kərimov