2022-ci ildə Azərbaycandan Bolqarıstana 600 milyon kubmetr qaz ixrac ediləcək ki, bu da Sofiyanın qaz istehlakının 19%-nin Azərbaycan hesabına ödənilməsi deməkdir.
Energetika Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu rəqəmlər energetika naziri Pərviz Şahbazovun Bolqarıstanın energetika naziri Rosen Xristovla görüşündə səsləndirilib.
Nazirlərin görüşü Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində baş tutub.
Xəbər verildiyi kimi, Azərbaycan 2021-ci ildə Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib. Beləliklə, 2022-ci ildə Bolqarıstana ixracın həcmi iki dəfə artacaq.
Həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrda kommersiya fəaliyyətinə başlaması,Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərindən də bəhs edilib.*
N.Abbasova