Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya cümə axşamı Azərbaycanla sərhəddə erməni hərbçilərlə görüşüb. Bu barədə KTMT katibliyindən məlumat verilib.
“Stanislav Zas Ermənistan silahlı qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla söhbət edib”, - deyə məlumatda bildirilir.*