Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir
Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə