5-6 oktyabr tarixlərində Azərbaycanda I Milli Şəhərsalma Forumu (NUFA) keçiriləcək.
“İnerfaks-Azərbaycan” tədbir təşkilatçılarının saytına istinadən məlumat verir ki, “NUFA şəhərlərin bərpası sahəsində beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal fürsət təqdim edəcək və maneələrin aşkarlanmasında bilik və təcrübə mübadiləsi üçün platforma təklif edəcək”.
“Həmçinin, ümid edirik ki, bu, Azərbaycana şəhərlərin bərpası üçün ən qabaqcıl və innovativ həllərin tətbiqi ilə bağlı təcrübəsini bölüşməyə imkan verəcək”, - təşkilatçlar qeyd edirlər.
Forumun əsas hissəsi Ağdam şəhərində keçiriləcək.
Tədbir iştirakçıları ərazilərin postmünaqişə reabilitasiyasını - aradan qaldırılmalı olan problemləri və hərəkətə çağırışı; mədəni-tarixi irsin postmünaqişə bərpasını; «yaşıl innovasiyaların» tətbiqi, həmçinin «yaşıl iqtisadiyyatın» inkişafını müzakirə edəcəklər.
Xüsusilə, tədbir çərçivəsində Azərbaycan hökuçəti Zəngilan rayonunun “ağıllı” Ağalı kəndində həyata keçirilən işlərin təqdimatını keçirməyi planlaşdırır.
Tədbirin təşkilatçıları qismində Azərbaycan hökuməti və BMT çıxış edir. **
X.Nəsirzadə