Azərbaycanda koronavirus infeksiyasına 214 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 820 min 513-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 201 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 3 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 902 nəfərə çatıb.
Virusa yoluxmuş 809 min 210 nəfər (sutka ərzində +229) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 401 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 728 (ötən gün 3 min 84 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 231 min 342 test aparılıb.**
B.Rüstəmbəyov