ATƏT üçlüyü (ATƏT-in sabiq, fəaliyyətdə olan və gələcək sədrindən ibarətdir, hazırda Polşa, İsveç və Şimali Makedoniya XİN başçıları təşkilata daxildir) və təşkilatın baş katibi Helqa Şmidt 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyi müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani və Şmidt arasında görüş Nyu-Yorkda Baş Assambleyanın 77-ci iclası çərçivəsində baş tutub.
“Üçlüyün nazirləri və baş katib ATƏT-in bu istiqamətdə (Ermənistan-Azərbaycan sərhdində deeskalasiyasında - İF) daha fəal iştirakı imkanlarını müzakirə ediblər. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasında sülh danışıqlarının aktuallığı ilə razılaşıblar, o cümlədən, ATƏT-in regiondakı təcrübəsi və alətlərini xatırladıblar”, - ATƏT-in saytında vurğulanır. **
R.Əhmədov