Cümə günü Bakı 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüş toqquşmaları zamanı həlak olmuş daha 6 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib. Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək.
Xəbər verildiyi kimi, sentyabrın 20-də Azərbaycan Ermənistanın 95 hərbçisinin meyitini, sentyabrın 17-də - 32 hərbçisinin meyitini İrəvana təhvil verib.
Beləliklə, Azərbaycan həlak olmuş 133 hərbçinin meyitini qarşı tərəfə təhvil verib.
Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribatlar törədilib, Azərbacan Ordusunun mövqeləri intensiv atəşə məruz qaıb. Azərbaycan-Ermənistan sərhədində döyüşlər sentyabrın 14-də axşam saatlarında dayandırlıb. Döyüşlərdə Azərbaycan tərəfindən 80 hərbçi şəhid olub. İrəvan 207 hərbçinin öldüyünü və itkin düşdüyünü bəyan edir. **
X.Nəsirzadə