Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Nyu-Yorkda görüş zamanı regiondakı vəziyyəti və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan XİN-dən məlumat verilib ki, görüş əsnasında Bayramov Bakı ilə Tehran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.
“Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında əməkdaşlıqdan məmnunluq ifadə olunub”, - məlumatda deyilir.
Bildirilir ki, Bayramov iranlın həmkarını Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub. **
R.Kərimov