Azərbaycan sülh yolu ilə inkişafa sadiqdir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşündə bəyan edib.
“Ermənistan tərəfindən alovlandırılan eskalasiya (sentyabrda Azərbaycanla sərhəddə - İF) barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini təsdiq etdim”, - Bayramov görüşün yekunlarına dair Twitter hesabında yazıb.
Bayramov əlavə edib ki, tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub. **
R.Kərimov