Azərbaycanda koronavirus infeksiyasına 149 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 820 min 662-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 214 yoluxma faktı qeydə alınmışdı. Gündəlik yoluxma sayı təxminən 30,4% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 2 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 903 nəfərə çatıb.
Virusa yoluxmuş 809 min 420 nəfər (sutka ərzində +210) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 339 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 938 (ötən gün 2 min 728 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 234 min 280 test aparılıb.**
R.Kərimov