İsveç Krallığının xarici işlər naziri Ann Linde bəyan edib ki, Stokholm bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində döyüşlərdən sonra Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə yönələn vasitəçilik səylərini dəstəkləməyə hazırdır.
Azərbaycan XİN-dən məlumat verilir ki, Linde Nyu Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüş zamanı bildirib ki, İsveç Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazırdır.
İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və Bakı ilə İrəvan arasında normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib.
XİN-dən bildirilir ki, öz növbəsində, Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.
Daha öncə Ceyhun Bayramov Nyu-Yorkda Ann Linde ilə görüşü barədə Twitter hesabında məlumat verib.
“Ermənistan tərəfindən alovlandırılan eskalasiya (sentyabrda Azərbaycanla sərhəddə - İF) barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini təsdiq etdim”, - Bayramov yazıb.
Bayramov əlavə edib ki, tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub. **
R.Kərimov