Azərbaycanda koronavirus infeksiyasına 161 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 820 min 823-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 149 yoluxma faktı qeydə alınmışdı. Gündəlik yoluxma sayı təxminən 8% artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 903 nəfərə çatıb.
Virusa yoluxmuş 809 min 597 nəfər (sutka ərzində +177) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 323 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 484 (ötən gün 2 min 938 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 236 min 764 test aparılıb.**
R.Kərimov