Bazar günü Müdafiə Nazirliyi Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən sərhəddə atəş açılması və Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin xəsarət alması bnarədə məlumatı təkzib edib.
“Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır”, - Müdafiə Nazirliyindən bildirilib.
MN-dən qeyd olunub ki, bu. “qarşı tərəfin növbəti informasiya təxribatıdır”.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən bildirilib. Qeyd olunub ki, “şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur". **
R.Kərimov