Bazar günü Azərbaycanın futibol üzrə yığması Bakıda Millətlər Liqasının 2022/23 mövsümündə 6-cı və son tur matçına çıxaraq Qazaxıstan komandasını darmadağın edib.
66-cı dəqiqədə qonaqların müdafiəçisi Aleksandr Maroçkin topu öz qapılarına vurub. 74-cü dəqiqədə yarımmüdafiəçi Filip Ozobiç meydan sahiblərinin üstünlüyünü iki dəfə artırdı, əlavə vaxtda isə Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev hesabı artırıb.
Qazaxıstan komandasının müdafiəçisi Nuralı Alip “qırmızı vərəqə” alaraq meydandan kənarlaşdırıldıqdan sonra qonaqlar oyunu on nəfər ilə başa vurdular.
Qrup mərhələsinin nəticələrinə görə, Azərbaycan üç qələbə qazanıb, iki dəfə məğlub olub və bir dəfə heç-heçə oynayaraq C Liqasında qalıb, 10 xalla qrupuikinci pillədə başa vurub.
B Liqasına Qazaxıstan (birinci pillə, 13 xal), Slovakiya (üçüncü pillə, 7 xal), Belarus (dördüncü pillə, 3 xal) vəsiqə qazanıb. **
R.Kərimov