Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi I Milli Şəhərsalma Forumunun (NUFA) təşkil edilməsi və keçirilməsinə 1,4 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, komitə “Caspian Event Organisers” MMC ilə 1 milyon 442 min 477,42 manat dəyərində müvafiq müqavilə bağlayıb.
I Milli Şəhərsalma Forumu 5-6 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Forumun əsas hissəsi Ağdam şəhərində baş tutacaq.
Forumun təşkilatçıları Azərbaycan hökuməti və BMT-dir.*
N.Abbasova