Azərbaycanda 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunması planlaşdırılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Mərhələlərlə həyata keçirilən layihə sayəsində ölkədə 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunacaq”, - deyə o, Buxarestdə keçirilən “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, dəyirmi masa Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 26 sentyabr - 14 oktyabr 2022-ci il tarixlərində Buxarest şəhərində təşkil olunacaq növbəti Səlahiyyətli Konfransından əvvəl keçirilib.*
B.Rüstəmbəyov