Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TƏBİB-dən məlumat verilib.
“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Qəza “Mersedec Sprinter” markalı sərnişin avtobusu ilə “QAZel” markalı avtomobilin toqquşması nəticəsində baş verib.*
X.Nəsirzadə