Azərbaycan və Sinqapur gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Bu məqsədlə Sinqapurda sözügedən saziş layihəsi üzrə danışıqlar aparılıb. Danışıqlarda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin, Sinqapur tərəfindən isə Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb”, - deyə məlumatda bildirilir.
Hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəlib.*
B.Rüstəmbəyov