“Bakı Metropoliteni” QSC müxtəlif inert materiallarının satın alınması və daşınmasına 5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, Bakı Metropoliteni “AZ-TEK.IN” MMC ilə 5 milyon 24 min 118,84 manat dəyərində müqavilə bağlayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova