“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskva-Bakı marşrutu üzrə təklif etdiyi aviabiletlərin dəyəri 409-869 avro arasında dəyişir.
AZAL-ın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, maksimal qiymət ekonom sinif üzrə 409 avro, biznes sinifi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.
Hazırda Rusiyadan Azərbaycana reyslərə tələbatın artması müşahidə olunur. Aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümündən və bir sıra digər meyarlardan asılıdır”, - deyə məlumatda bildirilir.
AZAL-la yanaşı, Rusiyadan Azərbaycana RF-nin “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimut” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.*
R.Əhmədov