Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.
“Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri müzakirə olunub”, - deyə Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında bildirilir.
Tərəflər, həmçinin Azərbaycanla ABŞ arasında strateji əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.*
N.Abbasova