1 sentyabr 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2 960 ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun sonuna Bakıda 1 557 ədəd (azalma 0,3%), bölgələrdə 1 390 ədəd (artım 4,2%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 72,828 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 19,5% çoxdur.
Bununla yanaşı, Bakıda 48,94 min ədəd (artım 20,6%), regionlarda 23,888 min ədəd (artım 13,7%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 71,906 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,7%-i quraşdırılıb.**
B.Rüstəmbəyov