Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma zamanı Ermənistana məxsus 2 "S-300" ZRD-nın məhv edildiyini təsdiqləyib.
“Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 "S-300" zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi”, - Quliyev “Azərbaycan” nəşrinə müsahibəsində bildirib.
O əlavə edib ki, dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu. **
R.Kərimov