Azərbaycanda çərşənbə axşamı saat 12:00-da 2020-ci ilin payızında Ermnistana qarşı müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin payızında müharibədə həlak olan Azərbaycan hərbi qulluqçuların sayı 3 minə yaxın təşkil edib.
Azərbaycanda 27 sentyabr – İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım Günü kimi qeyd edilir.
27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qaşı genişmiqyaslı təxribat törədib. Buna cavab olaraq Azərbayacan ordusu əkshücum əməliyyatına başlayıb.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq şəhər, kənd və yaşayış məntəqəsini erməni işğalından azad edib. Döyüşlər zamanı azad edilmiş ərazilərin ümumi sahəsi 5 min kv metrə yaxn təşkil edib.
2020-ci il 10 noyabr tarixinə keçən gecə Azərbaycan, RF prezidentləri, həmçinin Ermənistanın baş naziri hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanata əsasən, 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ümumi sahəsi 5 min kv metrə yaxın olan daha 3 rayon (Ağdam, Kəlbəcər, Laçın) Azərbaycana qaytarılıb. **
B.Rüstəmbəyov