Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Sonra dövlət başçısı və birinci xanım Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. **
N.Abbasova