Vaşinqton Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Bu barədə ABŞ-ın ATƏT-dəkidaimi nümayəndəsi MayklKarpenter bəyan edib.
“Hazırda Aİ Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə sülh prosesi gedir və ABŞ bu prosesi çox dəstəkləyir”, - Karpenter bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Karpenter onlayn brifinqdə əlavə edib ki, ABŞ həmçinin Aİ-dən həmkarlarla təmasda qalaraq həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli əsasda qarşılıqlı fəaliyyətdədir.
Karpenterin sözlərinə görə, Vaşinqton Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını, regionda nəqliyyat və kommunikasiya dəhlzilərinin açılmasını, mehriban qonşuluq münasibətlərinin qurulması və bütün region əhalisinin hüquqlarının qorunmasını dəstəkləyir. **
R.Kərimov