Çərşənbə axşamı Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsi zamanı həlak olan şəhidlərin ailələrinə başsağılığı veriblər və Cənubi Qafqazda Cənubi Qafqazda davamlı sülhün yaradılması işinə sadiqlik barədə bəyan ediblər.
“2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir”, - Nümayəndəlik Facebook səhifəsində paylaşım edib.
Öz növbəsində, ABŞ-ın Bakıdakı səfirliyi bəyan edib ki, “sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişədə həyatını itirənləri yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”. “Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir”, - diplomatik nümayəndəliyin Facebook səhifəsində deyilir.
Azərbaycanda 27 sentyabr – İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım Günü kimi qeyd edilir.
27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qaşı genişmiqyaslı təxribat törədib. Buna cavab olaraq Azərbayacan ordusu əkshücum əməliyyatına başlayıb.
2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq şəhər, kənd və yaşayış məntəqəsini erməni işğalından azad edib. Döyüşlər zamanı azad edilmiş ərazilərin ümumi sahəsi 5 min kv metrə yaxn təşkil edib.
2020-ci il 10 noyabr tarixinə keçən gecə Azərbaycan, RF prezidentləri, həmçinin Ermənistanın baş naziri hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanata əsasən, 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ümumi sahəsi 5 min kv metrə yaxın olan daha 3 rayon (Ağdam, Kəlbəcər, Laçın) Azərbaycana qaytarılıb. **
R.Kərimov