2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 99 milyon 961,9 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 4,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 18,8%-i – 18 milyon 748,7 min manat (azalma 17,9%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
37 milyon 9,2 min manat (artım 1,1%) və ya xərclərin 37%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 6 milyon 679,1 min manat (artm 30,2%), sosial ayırmalar 6 milyon 115,9 min manat (artım 8,3%), icarə ödənişləri 3 milyon 564,9 min manat (artım 10,6%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 1 milyon 257,7 min manat (-29%) yönəldib.
2021-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 54 milyon 327,5 min manat yönəldib (2020-ci illə müqayisədə artım 2,4%). 2021-ci ildə sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 27,5%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.**
X.Nəsirzadə