Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstana işgüzar səfər edəcək.
“Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Məlumata görə, tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.
İclasda Şahbazovun çıxışı planlaşdırılır.
Həmçinin, nazir bir sıra ikitərəfli görüşlər keçirəcək.
Hazırda 5 ölkə (Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Qazaxıstan) TDT-nın tamhüquqlu üzvüdür, iki dövlət isə (Macarıstan və Türkmənistan) müşahidəçi statusuna malikdir. **
N.Abbasova