Azərbaycanda koronavirus infeksiyasına 140 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 820 min 998-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 35 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 907 nəfərə çatıb.
Virusa yoluxmuş 809 min 933 nəfər (sutka ərzində +260) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 158 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320 (ötən gün 1 min 973 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 242 min 57 test aparılıb.**
X.Nəsirzadə