Amerikanın “US News & World Report” jurnalının versiyasına görə, Azərbaycan yenidən dünyanın ən yaxşı ölkələrin illik reytinqinə daxil olub.
“İnterfaks-Azərbaycan”ın tanış olduğu, çərşənbə axşamı dərc olunan 2022-ci il reytinqində Azərbaycan 85 ölkə arasında 73-cü yerdədir.
Bil il öncə Azərbaycan reytinqdə 78 ölkə arasında 66-cı yerdə olub.
Cənubi Qafqazın digər dövlətləri reytinqdə yer almayıb.
Reytinqə əsasən, dünyanın ən yaxşı ölkəsi İsveçrə qeyd olunub. İlk üçlüyə Almaniya və Kanada daxildir.
Türkiyə 30-cü (2021-ci ildə - 34-cü), Rusiya – 36-cı (24-cü), Estoniya – 56-cı (57-ci), Litva – 57-ci (67-ci), Ukrayna – 62-ci (71-ci), Latviya – 64-cü (64-cü), Qazaxıstan – 82-ci (72-ci), İran – 83-cü (ötən il reytiqə daxil edilməyib), Özbəkistan – 84-cü (73-cü), Belarus – 85-ci (75-ci) yerdə qərarlaşıb.
“US News & World Report”un reytinqi BAV Group, WPP qlobal marketinq kommunikasiya şirkətinin bölməsi və Pensilvaniya Universitetinin Uorton məktəbi (ABŞ) ilə əməkdaşlıqla tərtib edilib.
Müəlliflər izah ediblər ki, tədqiqat bir sıra keyfiyyətli xarakteristikalar - ticarət, səyahət və investisiyanı stimullaşdıran və milli iqtisadiyyata birbaşa təsir edə biləcək təəssüratlar baxımından ölkələrin necə qəbul edilməsinə əsaslanır.
Bu il təhlil 73 parametr üzrə aparılıb. Reytinq 30 aprel - 13 iyun 2022-ci il tarixlərində dünyanın hər yerindən 17 mindən çox insanın iştirak etdiyi sosioloji sorğunun nəticələrinə əsaslanır. **
R.Kərimov