Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, sərhəddə Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib.
“Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib”, - nazirliyin məlumatında deyilir. **
R.Kərimov