ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə iki ölkə arasında sülhə dəstək üçün konkret addımlar müəyyən edilib.
“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanı qonaq etdim. Biz zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz, həmçinin sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımları da müəyyənləşdirdik”, - deyə C.Sallivan “Twitter”də yazıb.*
R.Kərimov