“Azərişıq” ASC Salyan rayonunda 6/104 kV-luq hava xəttinin, komplekt transformator məntəqələrinin və ÖİN xətlərinin yenidən qurulması üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tenderdə iştirak haqqı 750 manatdır.
Tender təklifləri 15 noyabr saat 15:00-dək qəbul olunur.
Tender proseduru 16 noyabr saat 15:00-da baş tutacaq.
Tender predmetinin qiyməti $3 milyonu üstələyir.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov