İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, Tehran Bakı və İrəvan arasında danışıqlar üçün meydança olmağa hazırdır.
“İran ikitərəfli və üçtərəfli görüşlər və Tehranda 3+3 regional təşəbbüsü çərçivəsində şimal qonşularına, yəni Azərbaycana və Ermənistana davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”, - deyə Musəvi çərşənbə axşamı Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi İranın IRNA agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrlə bağlı son hadisələr, Qafqazdakı vəziyyət və İranın regionla bağlı prinsipial mövqeyi müzakirə olunub.
Musəvi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi ilə bağlı İranın mövqeyini bir daha təsdiqləyib və qeyd edib ki, İranın regiondakı həyati vacib və uzunmüddətli maraqlarına uyğun gəlməyən hər hansı geosiyasi dəyişiklik olmamalıdır.*
R.Kərimov