Şuşada inşa olunan yaşayış kompleksi 23 binadan ibarət olacaq, burada ümumilikdə 450 mənzil olacaq. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Tikintinin ümumi sahəsi 8 hektara yaxındır.
A.Kərimov Prezident İlham Əliyevə tikinti işlərinin gedişi barədə məlumat verərək bildirib ki, səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
O vurğulayıb ki, yaşayış kompleksində birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq.*
R.Kərimov