Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə İdman Sarayının inşasının davam etdirilməsi haqqında daha bir müqavilə bağlayıb.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, müqavilənin dəyəri 10 milyon manatdır.
Bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə ümumilikdə 24,6 milyon manat dəyərində 3 müqavilə bağlayıb.
Prezident İlham Əliyev Gəncə İdman Sarayının tikintisinin 2024-cü ilin əvvəlinə qədər yekunlaşacağını bildirmişdi.
Onun sözlərinə görə, bu, ölkəmizin ən böyük idman sarayıdır. “Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində”, - deyə İ.Əliyev vurğulayıb.
Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel cəmləşəcək.*
X.Nəsirzadə