Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez türk dövlətləri arasında enerji sahəsində daha sıx əməkdaşlığın vacibliyini qeyd edib.
“Anadolu” agentliyinin məlumatına görə, nazir bunu Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin görüşündə çıxışı zamanı deyib.
“Ölkələrimiz bir çox sahələrdə bir-birini tamamlayan xüsusiyyətlərə malikdir və bununla əlaqədar bu potensial xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq məqsədilə istifadə edilməlidir. Energetika sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üzərində işləmək lazımdır. Biz Xəzərin şərqini və qərbini birləşdirməliyik”, - deyə F.Dönmez qeyd edib.*