Çərşənbə günü Türkiyə Təhlükəsizlik ŞurasıErmənistan-Azərbaycan münasibətlərinin probleminə cəlb olunan bütün tərəfləri Bakı ilə İrəvan arasında sülhə nail olmağa kömək etməyə çağırıb.
“Anadolu” agentliyinin məlumatına görə, Şuranın bəyanatında deyilir ki, “davamlı sülhə nail olmaq üçün böyük səy göstərən Azərbaycanın qətiyyətli dəstəyi təsdiqlənib və vurğulanıb ki, bu məsələyə cəlb olunan bütün tərəflər, xüsusilə bölgə ölkələri münaqişənin dərinləşməsinə deyil, daimi əsasda həll edilməsinə səmimi kömək etməlidirlər”.
Qeyd olunur ki, bəyanat Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən TŞ-nin iclasında sonra yayılıb. **