Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.
“Almaniyanın federal prezidenti cənab Dr. Frank-Valter Ştaynmayerə etimadnaməmi təqdim etmək mənim üçün böyük şərəfdir. Bütün sahələrdə Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - Ağayev Twitter hesabında yazıb.
“İnterfaks-Azərbaycan” öncə məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev 19 avqust 2022-ci ildə Ağayevin Almaniyada yeni səfir təyin ediıməsi haqqında sərəncam imzalayıb. **
R.Kərimov