Ermənistanın baş naziri Nikol Paşinyan alınmış silah və sürsatın müttəfiqlər tərəfindən tədarükünün yerinə yetirilmədiyini bəyan edib.
“Biz Silahlı Qüvvələrdə genişmiqyaslı islahat prosesinə başladıq. Azərbaycan (...) bizi bu islahatların həyata keçirilməsi imkanından məhrum etməyə çalışır. Təəssüf ki, onlar müttəfiqlərimizlə münasibətlərdə də müəyyən müvəffəqiyyətə malikdirlər və Ermənistana silah və sürsat verilməməsini təmin etməyə çalışırlar. Yüz milyonlarla dollar vəsaitin ödənildiyi hallar var, lakin tədarük, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilmir”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu vəziyyət “dərindən təhlil olunmalıdır”. **