Azərbaycan prezidenti İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib
Əliyev cümə axşamı müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub
Sərəncamda qeyd olunur ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Sənəddə vurğulanır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. **
N.Abbasova