Hindistan Ermənistana silah tədarükü üçün böyük ixrac sifarişi alıb, tədarük $245 milyon dəyərində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” agentliyi Hindistanın “The Economic Times” nəşrinə istinadən məlumat verir ki, müqavilənin dəqiq dəyəri göstərilmir, lakin yaxın aylarda Ermənistana təxminən 245 milyon dollar məbləğində silah tədarük ediləcəyi gözlənilir (20 milyard Hindistan rupisindən çox).
Mənbələr nəşrə məlumat veriblər ki, sifariş artıq Hindistan ordusunun silahlanmasında olan “Pinaka” yaylım atəşli reaktiv qurğularının tarixdə ilk ixracını, həmçinin tank əleyhinə raket və sursat tədarükünü nəzərdə tutur.
“The Economic Times” qeyd edir ki, 2020-ci ildə Hindistan Ermənistana təxminən $42,8 milyon dəyərində (təqribən 3,5 milyard Hindistan rupisi) 4 “Swathi” radarı tədarük edib. **
R.Kərimov