Latviyanın “АirBaltic” aviaşirkəti 17 may 2023-cü ildən etibarən yay cədvəli çərçivəsində Riqa-Bakı-Riqa marşrutu ilə uçuşları bərpa edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi aviadaşıyıcının məlumatına istinadən bildirir ki, Riqa-Bakı istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Riqa aerportundan uçuş saat 23:15-də, Bakı aeroportuna eniş saat 05:05-də olacaq.
Geriyə uçuş həftənin bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Bnakıdan uçuş saat 06:00-da, Riqaya eniş saat 10:10-da olacaq. Uçuş vaxtı - 5 saat 10 dəqiqədir. Hər aerport üçün yerli vaxt qeyd edilib.
Riqa-Bakı istiqamətində biletin dəyəri 149 avrodan, geriyə - 188 avrodan başlayır. **
N.Abbasova