Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) “Azərbaycanda təhsil, əmək bazarının uyğunsuzluğuna təsir edən amillər: işəgötürənlər üçün davamlı həll yollarının axtarışı” layihəsinin reallaşdırılmasına başlayıb.
“Layihənin məqsədi - məzunların, tələbələrin və əmək bazarının ali məktəbdən işə müvəffəqiyyətlə keçid üçün vacib hesab etdiyi bacarıqları müəyyənləşdirmək, əmək bazarı ilə universitet təhsili arasında uyğunsuzluq səbəblərini aşkar etməkdir”, - “AmCham”ın məlumatında deyilir.
Bundan əlavə, layihənin məqsədi problemlərin həlli üçün tövsiyələr hazırlamaq və bu tövsiyələri Azərbaycanda müvafiq dövlət və özəl strukturlara təqdim etməkdir. **
B.Rüstəmbəyov