Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının Sənayelər və İstehsalat Nazirliyinin katibi İmdadullah Bosal və Pakistan Ticarət Korporasiyasının sədri Rafeo Bəşir Şah ilə görüş zamanı Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı və ASK məhsullarının ticarəti imkanlarını müzakirə edib.
“Görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub, Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti imkanları barədə fikir mübadiləsi aparılıb”, - “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazilriyindən məlumat verilib. **
R.Kərimov